AzVak – Azərbaycanda vakansiyalar: iş elanları / işlər / təcrübə proqramları / iş yeri

Azərbaycanda vakansiyalar, iş elanları

Ödənişli iş elanı yayımı üçün: @AzVak_elan ya [email protected]

Əlaqə: 051 343 73 07

AzVak kanalı elanların məzmununa, həmçinin işaxtaran və işəgötürən arasında danışıqlara və razılaşmalara görə məsuliyyət daşımır.

View in Telegram

Recent Posts

Masajist-terapist tələb olunur - KİŞİLƏR MÜRACİƏT ETMƏSİN

İşəgötürən: Mystic Hands- professional masaj terapiya mərkəzi

Tələblər:
Yaş aralığı: 30-50 qadın namizəd
İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Təhsil: sahəsi üzrə sertifikatının olması şərtdir
İş saatı: 6 gün iş/ 1 gün istirahət
Təmiz, səliqəli, kollektivdə işləmə bacarığı

Əməkhaqqı: razılaşma yolu ilə

İş yerinin ünvanı: Xocalı pr.29 (Xətai mt/s yanı)

Müraciət qaydası:

"Masajist-terapist" qeyd edib işlə bağlı müraciətinizi [email protected] e-mail adrresinə və ya 0503145052 Whatsapp nömrəsinə yaza bilərsiniz.

Haqqında: Mystic Hands- professional masaj terapiya mərkəzi ötən ilin sentyabr ayından etibarən fəaliyyətə başlayıb. Mərkəz həm xanım, həm də bəylər üçün 15 növdə masaj təqdim edir.
İnstagram: https://www.instagram.com/mystic_hands_?igsh=bGIxbHBrYmd6MmZw

Müraciət üçün son tarix: 27.03.2025
Qubada yerləşən otelə Fast Food aşbazı tələb olunur

Vəzifə və Öhdəlikləri:

Səhər və axşam yeməklərinin hazırlanması. (Axşam yeməkləri isti yeməklər deyil)
Hazırlanmış yemkələrin təmiz, səliqəli şəkildə paketlənməsi və etiketlənməsini (eyni zamanda tarixlərin
vurulması) təmin etmək.
Yeməklərin dadının ləzzətli olmasına və keyfiyyətinə riayət etmək
İş yerinin və iş avadanlığının təmizliyini təmin etməli
Öz işini əmək və qida təhlükəsizliyi qaydalarına və sanitariya normalarına uyğun olaraq əməl edilməsi.
Mütamadi olaraq işlədiyi həmkarlara dəstəyin göstərilməsi.
Vəzifəsinin icrası ilə əlaqədar rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
 
Namizədə olan tələblər:

Müvafiq sahədə min 2 il təcrübə,
Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
İş vaxtı təmiz və nizamlı görünmək,
Sürətli, diqqətli olmaq.
Yaş həddi: 25-40 (xanım və bəy namizədlər)
 
İş şəraiti
Şirkət ünvanı: Quba
İş qrafiki: tam iş həftəsi
Qalma yeri və gündə 3 dəfə qidalanma şirkət tərəfindən verilir
Maaş 800-1000 azn
 
Müraciət forması:

Qeyd olunan tələblərə cavab verən namizədlər [email protected] e-mail ünvanına və ya +994 10 265 59 58 nömrəsinə və ya [email protected] “Fast food aşpazı” başlığı altında CV-nümunələrini göndərməklə müraciət edə bilərlər.
TANINMIŞ MAĞAZALAR ŞƏBƏKƏSİNƏ QADIN VƏ KİŞİ SATICILAR TƏLƏB OLUNUR

İşəgötürən: "VİB" MMC

İş barədə məlumat:
- Əmək haqqı 500-800 manat + satışdan bonuslar
- Geyim sektorunda kariyera inkişafı perspektivləri
- Satış texnikasi,məhsul ve merçendayzinq üzrə fərdi təlimlər
- Əlverişli iş qrafiki

Namizədə tələblər:
- Satış hədəflərinə çatdırmaq
- Yüksək xidmət və ünsiyyət qabiliyyəti vasitəsilə mağazaya müştəri loyallığını artırmaq
- Ünsiyyət qurmaq və inandırmaq bacarıqları

CV-nizi [email protected] e-mail adresinin mövzu hissəsində "satış məsləhətçisi" yazaraq göndərə bilərsiniz.

Qeyd edək ki, 1997-cİ ildə əsası qoyulan VİB MMC, pərakəndə satış şirkətlərindən biridir. VİB MMC, 20-dən çox geyim və ayaqqabı mağazalarını idarə edir. Şirkət lyuks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları (Euromoda, Gerry Weber, Ramsey, KİP, Faik Sönmez, FLO) təmsil edir.
PHARMASTORE APTEKLƏRƏ ƏCZAÇILAR tələb olunur

İşəgötürən: “Zeytun Pharmaceuticals”

-İş yeri:
Metro aptekləri – Azadlıq prospekti, 20 Yanvar, Elmlər Akademiyası, 28 May,Sahil, Gənclik, Nəriman Nərimanov, Qara Qarayev, Neftçilər,Əhmədli.
Pharma Store-lər – Binəqədi, Qaradağ, Səbail, Sabunçu, Nizami,Xətai, Nərimanov, Nəsimi, Yasamal, Xırdalan ,Şəki, Xudat, Tovuz, Qazax, Şamaxı, İmişli, Lənkəran, Lerik, Masallı.

Əmək haqqı: 550-750 + Bonus

Vəzifə funksiyaları:

-Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi;
-Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
-Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi;
-Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi və s.

Tələblər:
-Tibbi təhsil (Ali və ya orta ixtisas);
-Müvafiq sahədə iş təcrübəsi;
-1C proqram biliyi arzuolunandır.

İş şəraiti:
-İş qrafiki: 6 günlük iş həftəsi, 2 növbəli iş rejimi (08.00-dan 15.30; 15.30-dan 23.00 kimi)

Əlaqə vasitəsi: (050) 253 01 52 (WHATSAPP)

Müraciət etmək istəyən namizədlərin CV-lərini mövzu (subject) hissəsində “Əczaçı” qeyd edərək
[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Polad Boru zavodunda İŞLƏR

İşəgötürən: Azertexnolayn

İş yeri Sumqayıt şəhərində yerləşir.

1) Keyfiyyət inspektoru - 6 günlük iş qrafiki ,Metallurgiya və Kimya ixtisaslarını bitirən,Rus və ya İngilis dilini bilən əməkdaşlar axtarırıq.

2) Qaynaqçı köməkçisi -növbəli işləyir,4 nəfər (layihə ilə əlaqədar-3 aylıq )

3) Takelajçı - növbəli işləyir 1 nəfər (layihə ilə əlaqədar -3 aylıq)


Uyğun namizədlər CV-lərini [email protected] ünvanına vəzifənin adını qeyd edərək göndərə bilərlər
SATICILAR tələb olunur

İşəgötürən: Vumes MMC

Tələblər:

- Tam orta təhsil (ali təhsil olması üstünlükdür).
- Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (üstünlükdür).
- Satış sahəsində təcrübə 1 ildən artıq.
- Komandada işləmə bacarığı.
- Yaş həddi: 20 - 35;
- Cinsi: Kişi və ya Qadın

Vəzifələr:

- Ticarət zalında kifayət qədər miqdarda çeşidin olmasına nəzarət etmək və lazım gələrsə onu doldurmaq.
- Alqı - satqı zamanı lazımı gəldikdə alıcılara məlumat vermək.
- Satış üçün malların hazırlanması.
- Malların qiymət etiketlərinə nəzarət etmək.
- Malların saxlama müddətinə nəzarət etmək.
- Mağazada malların yerləşdirilməsi və onlara nəzarət etmək.

Fərdi keyfiyyət göstəriciləri:
- məsuliyyət
- dəqiqlik
- stresə dözümlülük
- ünsiyyətlilik
- müştəriyə diqqətçilik

Şirkət təklif edir:
- Peşəkar inkişaf və irəliləyiş
- Rəsmi qeydiyyat
- İş günü: 6 günlük, həftədə 1 gün istirahət

“Satıcı” qeyd edib işlə bağlı müraciətinizi [email protected] e-mail adresinə yaza bilərsiniz.
Baş mühasib tələb olunur

İşəgötürən: Ecomag LTD

Namizəddən tələb olunanlar:

Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanması (aylıq, rüblük və illik) və təqdim olunması; Bəyannamələrin (ƏDV; ÖMV; Əmlak; Sadələşdirilmiş) hazırlanması və göndərilməsi;
Şəxsi hesab vərəqələrinin izlənilməsi və müvafiq tədbirlərin görülməsi;
Bank və ƏDV depozit hesabında müvafiq əməliyyatının həyata keçirilməsi
Müqavilələrin, elektron qaimələrin və hesab fakturaların tərtib olunması
Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtibi
Debitor – kreditorlarla hesablaşmaların aparılması;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Əmək haqqı, məzuniyyət haqqı və s. əmək haqqı ilə bağlı sənədlərinin hazırlanması, hesablanması və ödənilməsi;
Aylıq ödənişlərin işlənməsi, uyğunsuzluqların araşdırılması
Sosial fonduna yönləndirilən yığımların hesablanması, bəyannamələrin tərtib edilməsi və dövlət qurumlara təqdim edilməsi
HR üzrə qanunvericiliyinə və normativ aktlara əsasən sənədlərin yaradılması və tədbiq edilməsi.
SWIFT ödənişlərin aparılması,
Ümumi kargüzarlıq işlərinin aparılması,
Kassa əməliyyatlarının aparılması, mədaxil, məxaric orderlərinin yazılması.
Xəzinəyə daxil olan nağd və nağdsız vəsaitlərin qəbul edilməsi. Satış, qaytarma, təsərrüfat sifarişi, mədaxil, məxaric
orderlərlərinin hazırlanması. Digər müxtəlif kassa əməliyyatlarının həyata keçirilməsi.
Xidməti müqavilələrin tərtib edilməsi
Arzu olunandır:

gömrük işlərin idarə edilməsi, gömrük agentlərə rəsimləşdirmə prosesində dəstək olması.
E-tender portalından sərbəst işləmək qabiliyyəti
Yaş həddi: 30-50
Bu sahə üzrə ən azı beş il təcrübəsi olan xanım namizədlərə üstünlük veriləcək.

İş şəraiti:

Əmək haqqı: 800-1000 Azn
Ünvan: Abşeron rayonu, Xırdalan şəh

"Baş mühasib" qeyd edib CV-nizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

Əlaqə nömrəsi: 050 275 42 92


Şirkət haqqında
Müəssisəmiz 2023-cü il Dekabr ayında təsis edilib. Müəssisəmiz təmizlik xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.
Sürücü tələb olunur - Kürdəmir

İşəgötürən: MPAY QSC

Vəzifə öhdəlikləri:

Terminalların inkassasiyası zamanı nağd vəsaitin, qiymətlilərin daşınmasını və təhlükəsiz çatdırılmasını təmin etmək

Namizədə qoyulan tələblər:

Yaş həddi: 25-35 yaş
3-5 il iş təcrübəsi
Avtomobil quruluşu üzrə yaxşı biliklər
Şəhər ərazini yaxşı tanımalı
Yol hərəkəti qaydalarını yaxşı bilməli
Sürücülük vəsiqəsi (minimum “B” kateqoriya)

İş şəraiti:

Təyin olunmuş ərazi üzrə ;
İş rejimi həftənin 6 günü;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Sürücü (Kürdəmir)” yazılmalıdır.
Avtomobillərin quru təmizləməsi üçün işçi tələb olunur

İşəgötürən: Taxi Baku

Təsvir:
Yeni StartUp layihəmizə quru yuma ilə avtomobilləri təmizləyən etibarlı və diqqətli bir işçi tələb olunur. İdeal namizəd müştərilərin avtomobillərinə yüksək keyfiyyətli xidmət göstərmək, vəsaitlərdən düzgün istifadə etmək bacarığına sahib olmalıdır

Əsas vəzifələr:
• Müştərilərin avtomobillərinin quru yuma üsulu ilə təmizlənməsi (işçi su ilə təmasda olmur);
• Yüksək keyfiyyətli quru təmizlik materiallarından istifadə edərək avtomobilin i xarici hissələrinin təmizlənməsi;
• Təmizləmə prosesində diqqət və məsuliyyət göstərmək;
• Müştəri məmnuniyyətini təmin etmək;
• Avtomobilin vəziyyətini nəzərdən keçirib müştəriyə təhvil vermək.
Tələblər:
• Fiziki olaraq sağlam, çevik və enerjili;
• Detallara diqqət və yüksək səviyyəli məsuliyyət

Biz nə təklif edirik:
• Əmək münasibətlərinin rəsmiləşdirilməsi
• Əmək haqqı: Fiks + %
• Müvafiq təlimin keçirilməsi;
• 6 günlük iş rejimi
• ⁠
Əgər siz də startup layihənin və komandamızın bir parçası olmaq istəyirsinizsə,
CV-nizi
[email protected] ünvanına göndərməyiniz xahiş olunur

Telefon: 055 203 98 89 (whatsap, iş günləri, 09.00-18.00)
Satış təmsilçisi (Parakəndə marketlər üzrə) tələb olunur

İşəgötürən: SİRAB

Əsas tələblər:

Minimum təhsil dərəcəsi: Orta-ixtisas
Komputer bilikləri: MS Office – Başlanğıc səviyyədə;
Dil bilikləri: Azərbaycan dili – Əla
B kateqoriyalı sürücülük vəsiqəsinin olması və şəxsi avtomobilin olması mütləqdir.
Təcrübə: Minimum 1 il satış təcrübəsi;

Fərdi keyfiyyət göstəriciləri:

Qərarlı, müştəri yönümlü, diqqətcil və rəqabəti bacaran;
Komanda ilə işləmə bacarığı;
Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə maraqlı;
Planlaşdırma və problem həll etmə bacarığı;
İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;

İş barədə:

Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul və xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq;
Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq;
Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək;
Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
Yeni məhsulları tanıtmaq;
Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar) uyğun şəkildə istifadə edilməsini təmin etmək;
Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət;
Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;
Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.


Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
Fix və Satışa görə bonus;
Yemək pulu, yanacaq və amortizasiya xərcləri şirkət tərəfindən;
Korporativ telefon nömrəsi və danışıq paketi;
İş qrafiki: 6 günlük iş həftəsi, bazar günü istirahət.

Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Satış təmsilçisi” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur. Wp 050 291 11 65
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
📣 Karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurmaq istəyən namizədlərin nəzərinə!

Sizləri 12, 13 və 14 mart tarixlərində keçiriləcək Açıq qapı günlərinə dəvət edirik.

Vakansiyalar:

1. Sərnişin vaqonunun bələdçisi
2. Hərəkət heyətinin yuyucu-təmizləyicisi
3. Atıcı, səyyar atıcı
4. Yol montyoru
5. Bilet kassiri

Tarix və Məkan : 12,13 və 14 Mart, Bakı sərnişin stansiyası


ADY
Mebel mağazasına Satıcı tələb olunur

İşəgötürən: "Lajivert" Mebel Maştağa

İş barədə məlumat

- Türk brendi olan Lajivert mebel mağazasına Satış mütəxəssisləri tələb olunur.
- Maştağa və Maştağaya yaxın ərazidə yaşayanlar müraciət edə bilər
- İş saatı:09:00-dan 18:00-dək,Həftədə:1-gün istirahət günü
- Əmək haqqı: maaş+satış faizi. (+1000 azn-dək qazanc).

Namizədə tələblər

- Mebel sahəsində təcrübəli
- 45-Yaşına qədər
- Enerjisi yüksək
- Ünsiyyətcil
- Məntiqi düşünmə
- Komanda İlə İşləmə Bacarığı
- Sosial şəbəkələrdə işləmə bacarığı.

"Satıcı" qeyd edib işlə bağlı müraciətinizi
[email protected] e-mail adresinə yaza bilərsiniz.
Ətriyyat məhsuları üzrə məsləhətçi tələb olunur

Sinteks Şirkətlər Qrupu “Ətriyyat məhsuları üzrə məsləhətçi (Fragrance Specialist)” axtarılır!

Tələblər:

• Ətir sahəsində dərin bilikləri
• Ətriyyat məhsulları məsləhəti vermək və fərdi ətir tövsiyəsi hazırlamaq bacarığı və təcrübəsi
• Gözəllik sahəsində təcrübə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Ətriyyat məhsuları üzrə məsləhətçi (Fragrance Specialist)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

satıcı
Kosmetika və bədənə qulluq məhsulları üzrə mütəxəssis tələb olunur

Sinteks Şirkətlər Qrupu “Kosmetika və bədənə qulluq məhsulları üzrə mütəxəssis (Generic Business Consultant)” axtarılır!

Tələblər:
· Kosmetika və dəriyə qulluq sahəsində biliklər
· Əsas makiyaj texnikaları bilikləri
· Gözəllik sahəsində təcrübə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kosmetika və bədənə qulluq məhsulları mütəxəssis (Generic Business Consultant)” qeyd edərək
[email protected] elektron poçt ünvanına göndərə bilərlər.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Mexanik-usta tələb olunur

İşəgötürən: SHP

İş şərtləri:

Əmək haqqı: 900-1200 AZN (NET)
Şəhər: Bakı
Namizədə tələblər- bilik və bacarıqlar:

Əsas peşə bilikləri

Fankoil sisteminin dəmir borulama motaj işləri;
Sprinkler sisteminin dəmir borulama montaj işləri;

Əlavə peşə bilikləri

Təmiz su sisteminin PPRC borulama montaj işləri;
Kanalizasiya sisteminin PVC borulama montaj işləri

Şəxsi bacarıqlar:

Dürüstlük;
Komandada işləmə bacarığı
Müvafiq sahədə staj minimum 5 il olmalıdır

"Mexanik-usta" qeyd edib işlə bağlı müraciətinizi [email protected] e-mail adresinə göndərə bilərsiniz.

boru
Təcili olaraq təcrübəli Gömrük (broker) işləri üzrə mütəxəssis tələb olunur

İşəgötürən: İşəgötürən: ASE AZ

- Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
- Şəxsi avtomobilin olması (mütləq);
- Əmək haqqı: 775 AZN

İş şərtləri:
6 günlük iş həftəsi (Şənbə günü qısa iş günüdür)
İstirahət günü: Bazar

Müraciət qaydaları:
Müraciət etmək üçün [email protected] mail ünvanına subject hissəsində vakansiya adını qeyd etməklə göndərə bilərsiniz.
Kimyəvi Təmizlik Vasitələri üzrə Satış Təmsilçiləri tələb olunur

İşəgötürən: Arın MMC

İşin Təsviri:
Qida istehsalatı və Horeca sahələrində kimyəvi təmizlik vasitələrinin satışını həyata keçirmək.
Potensial müştərilərlə əlaqə yaratmaq, yeni müştəriləri cəlb etmək və mövcud müştərilərlə əlaqələri gücləndirmək.
Satış prosesini idarə etmək və müştərilərin tələblərinə uyğun təkliflər təqdim etmək.
Satışla bağlı məlumatları (müştəri məlumatları, sifarişlər, müqavilələr və s.) müvafiq sistemə daxil etmək.
Müştəri ehtiyaclarını öyrənmək və uyğun təmizlik vasitələrini tövsiyə etmək.
Gündəlik və həftəlik satış hesabatlarını hazırlamaq.

Tələblər:
Yaş həddi: 20-45 Yaş aralığında kişi və qadın namizədlər müraciət edə bilər.
Kimyəvi təmizlik vasitələri və ya satış sahəsində ən azı 1-2 il iş təcrübəsi.
Horeca sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
Qida sənayesində işləyən müəssisələr barədə biliklərə sahib olmalıdır.
Güclü kommunikasiya və inandırma bacarıqları.
Müştəri ilə ünsiyyət qurma və tələbləri başa düşmə bacarığı.
Sürücülük vəsiqəsi olmalıdır.
Şəxsi maşını olanlara üstünlük veriləcək.
Komanda ilə işləmə və müstəqil qərar vermə bacarığı.
Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
Yalnız tələblərə cavab verilən namizədlərə geri dönüş olacaqdır.
Bizimlə Əlaqə:

Vakansiya ilə maraqlananlar CV-lərini [email protected] elektron poçt ünvanına və 055 944 43 87(Whatsapp) göndərə bilər.
Fəhlə tələb olunur

İşin təsviri: Yüklərin boşaldılması, malların qəbulu və yerləşdirilməsi (məktəbli və ofis ləvazimatları).
Yaş: 17-38
İş qrafiki: 5 günlük
Əmək haqqı: 500-700 AZN
Yeməklə təminat: Səhər və günorta yeməyi
Servis: Ulduz metrosundan iş yerinə
İş yeri: Bakı, Ulduz metrosu yaxınlığı

📲 Ətraflı məlumat və müraciət üçün:
📲 077 441 54 09 (WhatsApp)
📲077 441 55 22 (WhatsApp)


Qeyd: Xahiş edirik, yalnız bir nömrəyə yazın!
AFB Bank İnsan resursları üzrə təcrübəçi axtarışındadır!

Əsəsən işəqəbul komandasına dəstək göstərəcək. Komandamıza gələcək karyerasını bu istiqamətdə görən, ambisiyalı, kommunikasiya bacarıqları yüksək, komanda ilə işləməyi bacaran- bir sözlə ürəyi HR deyə döyünən komanda yoldaşı axtarışındayıq.

Müraciətlərin çoxluğu ilə əlaqədar sadəcə uyğun namizədlər ilə əlaqə saxlanacağını nəzərinizə çatdırmaq istəyirəm.

Cv-nizi mesaj bölməsindən mənə və ya [email protected] ünvanına mövzu hissəsinə İnsan resursları üzrə təcrübəçi yazmaqla yönləndirə bilərsiniz.
SATICILAR tələb olunur

📍 İş yerləri: Sumqayıt, Elmlər, Xırdalan, Xalqlar, Qarayev, Ayna Sultanova, Binəqədi, Badamdar filiallarımız. Yaşadığınız ünvana yaxın filialımızda işləmək imkanı təqdim edirik.

İnci Group, gülərüz, enerjili və müştəriyönümlü Satıcı axtarır!

Əgər siz:

Yaş: 17-30 arasında,
Müştəriləri gülərüzlə qarşılayıb, məhsullar haqqında ətraflı məlumat vermək istəyirsinizsə,
Müştərilərin tələb və ehtiyaclarını müəyyən edib, satış həyata keçirmək sizin üçün həyəcanverici bir təcrübədirsə,
6 günlük iş qrafiki və 400-600 AZN (əmək haqqı + bonus imkanları ilə) işləmək istəyirsinizsə
Nahar ilə təmin edilmə və aktiv filiallarda iş imkanı varsa,
bu vakansiya sizin üçündür!

📲 Ətraflı məlumat və müraciət üçün: 077 441 54 09 nömrəsi ilə WhatsApp-ımıza yazın!
See more posts

View in Telegram